Çin və İndoneziya 14 illik fasilədən sonra oktyabrın sonundan noyabrın əvvəlinədək "İti bıçaq" terrorizmə qarşı birgə hərbi təlimini keçirəcək.
NUHÇIXAN Çin Milli Müdafiə Nazirliyinin açıqladığı məlumata istinadla xəbər verir ki, Çinin cənubundakı Quandon əyalətində təşkil olunacaq təlim qeyri-ənənəvi təhlükəsizlik əməkdaşlığı çərçivəsində keçirilir. Tərəflər transmilli və yerli cinayətkarlıqla birgə mübarizə aparmaq və terrorizmin yaratdığı əsas riskləri aradan qaldırmaq üçün mexanizmi yenidən işə salır. Təlimə dağlara dırmanma, xüsusi nəqliyyat vasitələrinin idarə edilməsi, helikopterlərdən istifadə, yaxın məsafədən hücum və pilotlu-pilotsuz koordinasiyaya yönəlmiş terrorizmə qarşı xilasetmə əməliyyatlarını əhatə edir.
Nazirliyin məlumatında deyilir ki, bu, tərəflərin keçirdiyi üçüncü birgə təlimlərdir və iki ordu arasında praktiki mübadilə və əməkdaşlığı dərinləşdirməyə, birgə əməliyyat imkanlarını artırmağa kömək edəcək.
Qeyd edək ki, Çin və İndoneziya xüsusi təyinatlı qüvvələrinin ilk “İti bıçaq” təlimi 2011-ci ildə İndoneziyanın Bandunq şəhərində, ikincisi isə 2012-ci ildə Çinin Şandun əyalətində təşkil olunub.
