“Anthropic” şirkəti IPO üçün müraciət edib

A- A A+

Süni intellekt sahəsində fəaliyyət göstərən ABŞ-nin “Anthropic” şirkəti səhmlərinin ilkin kütləvi təklifi (IPO) üçün müraciət edib.

NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, ən qabaqcıl süni intellekt modellərinin hazırlanmasına fokuslanan şirkət birjada listinqə daxil olmaq məqsədinə daha bir addım yaxınlaşıb.

“Claude” süni intellekt modelinin yaradıcısı olan “Anthropic” şirkətinin ABŞ-nin Qiymətli Kağızlar və Birjalar Komissiyasına təqdim etdiyi sənədə əsasən, şirkətin səhmlərinin “Nasdaq Global Select Market” birjasında ANT ticarət simvolu ilə dövriyyəyə buraxılması gözlənilir. “Anthropic” iyun ayında IPO ilə bağlı məxfi müraciət etmişdi.

Sənədə əsasən, səhmlərin ilkin kütləvi təklifi prosesinə “Goldman Sachs Group” və “Morgan Stanley” şirkətləri rəhbərlik edir.

“Bloomberg”in məlumatına görə, şirkət noyabrın 9-da başlayan həftədən etibarən IPO ilə bağlı rəsmi marketinq fəaliyyətinə başlamağa hazırlaşır. “The Wall Street Journal” qəzetinin yazdığına görə isə “Anthropic” səhmlərinin ilkin kütləvi təklifini noyabrın 16-da başlayan həftədə həyata keçirməyi hədəfləyir.

Mənbələrin bildirdiyinə görə, şirkət “SpaceX”in rekord göstərici ilə yadda qalan IPO-su ilə müqayisə edilə biləcək, hətta onu üstələyəcək həcmdə kütləvi təklif həyata keçirməyi planlaşdırır.

Məlumata görə, “Anthropic” cari ilin ilk altı ayında 16,3 milyard dollar gəlir əldə etsə də, 80,7 milyard dollar xalis zərər qeydə alıb. Ötən ilin eyni dövründə şirkətin gəliri 1,2 milyard dollar, xalis zərəri isə 13 milyard dollar olub.

Bununla yanaşı, “Anthropic” və onun rəqibi “OpenAI” süni intellekt sistemlərindən sui-istifadə edən agentlərin həyata keçirdiyi bir sıra kiberhücum hadisələrindən sonra ictimaiyyətin və müvafiq qurumların artan diqqəti ilə üzləşiblər. Süni intellekt təhlükəsizliyi ilə bağlı narahatlıqların güclənməsi bu amilin “Anthropic” şirkətinin birjada listinqinə mümkün təsiri barədə suallar doğurur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: