“Bild”: Almaniya xüsusi təyinatlı qüvvələri Rusiya ilə mümkün münaqişəyə hazırlaşır

A- A A+

Almaniya Bundesverinin xüsusi təyinatlı qüvvələri Rusiya ilə mümkün hərbi münaqişəyə hazırlıq məqsədilə təlimlər keçirir.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Bild” qəzeti briqada komandiri Andreas Kühneyə istinadla məlumat yayıb.

Komandirin sözlərinə görə, təlimlər genişmiqyaslı əməliyyatların aparılmasını, tanklara, artilleriyaya, dronlara və elektron müharibə sistemlərinə qarşı mübarizəni, eləcə də sərt soyuq şəraitdə fəaliyyət göstərməyi əhatə edir.

Nəşrin məlumatına görə, bölmənin şəxsi heyəti təxminən 1,5 min nəfərdir. Onların yalnız üçdə biri xüsusi təyinatlı hərbçilərdir. Heyətlə təminat səviyyəsi isə 70-80 faiz təşkil edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: