İordaniyanın Suriyanın Dəraa vilayətinə endirdiyi hava zərbələri nəticəsində 7 nəfər həlak olub

A- A A+

İordaniya Hərbi Hava Qüvvələrinin oktyabrın 26-da Suriyanın Dəraa vilayətinin bir sıra ərazilərinə endirdiyi hava zərbələri nəticəsində 7 nəfər həlak olub, 3 nəfər yaralanıb.

NUHÇIXAN SANA agentliyinə istinadla xəbər verir ki, bu barədə Dəraa vilayətinin səhiyyə idarəsinin rəhbəri Xalid əl-Uməyan məlumat verib.

Bildirilib ki, həlak olanlardan 3-ü uşaq, biri qadın, 3-ü isə kişidir. Ölənlər arasında yaşlı şəxs də var. Yaralananlardan ikisi kişi, biri isə uşaqdır.

Səhiyyə idarəsinin rəhbəri bildirib ki, aidiyyəti qurumlar zərbələrin nəticələrini, o cümlədən ölən və yaralananların yekun sayını dəqiqləşdirir.

Bundan əvvəl Suriyanın Xarici İşlər Nazirliyi İordaniyanın əvvəlcədən razılaşdırılmadan ölkə ərazisində əməliyyatlar keçirməsinə etiraz edib. Nazirlik İordaniya Hərbi Hava Qüvvələrinin zərbələri nəticəsində Dəraa əyalətində insanların həlak olması və yaralanmasından təəssüf hissi keçirdiyini açıqlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: