Özbəkistanda xərçəngin erkən aşkarlanmasına 59 milyon dollar vəsait ayrılacaq

A- A A+

2028-ci ildən başlayaraq Özbəkistanın bütün bölgələrində mədə, yoğun bağırsaq, prostat və ağciyər xərçənginin erkən aşkarlanması üçün skrininq müayinələri başlayacaq.

NUHÇIXAN  xəbər verir ki, proqramın həyata keçirilməsi üçün hər il 700 milyard sum (59 milyon ABŞ dolları) ayrılacaq.

Özbəkistanın “podrobno.uz” saytının məlumatına görə, bu barədə ölkə Prezidenti Şavkat Mirziyoyev səhiyyə və əczaçılıq sənayesi işçiləri ilə görüşdə bildirib.

Proqramın həyata keçirilməsinə Səmərqənd vilayətində başlanacaq və daha sonra ölkənin digər bölgələrini də əhatə edəcək.

Paralel olaraq, diabet, vərəm, ürək-damar xəstəlikləri, qadınlarda şişlər və uşaqlarda onkohematoloji xəstəliklərin erkən aşkarlanması proqramları davam etdiriləcək.

Şavkat Mirziyoyev səhiyyə işçiləri üçün dövlət mükafatı təsis etməyi təklif edib. Mükafat İbn Sina adını daşıyacaq. Mükafatın ictimai səhiyyəyə qayğı göstərən, qabaqcıl elmi inkişafları və müalicə metodlarını tətbiq edənlərə təqdim edilməsi planlaşdırılır.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: