İraqda İŞİD üzvü olan yeddi Fransa vətəndaşına həbs cəzası verilib

A- A A+

İraq məhkəməsi İŞİD terror təşkilatına üzv olmaqda və mülki əhali arasında qorxu yaratmaqda təqsirləndirilən 7 Fransa vətəndaşını azadlıqdan məhrum edib.

NUHÇIXAN  “əş-Şarq əl-Avsət” nəşrinə istinadla xəbər verir ki, Əlcəzairəsilli Fransa vətəndaşlarından altısı 20 il müddətinə ömürlük həbs cəzasına, bir fransalı isə 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onlar İŞİD-ə qoşulmaqda, Suriyada təşkilatın sıralarında fəaliyyət göstərməkdə və mülki əhali arasında qorxu yaratmaqda təqsirli biliniblər.

Məhkəmənin hakimi bildirib ki, qərarın məqsədi məhkumların islah olunmasına və həyat yollarını dəyişmələrinə imkan yaratmaqdır.

Xatırladaq ki, mühakimə olunanlar 2025-ci ildə Suriyadan İraqa gətirilən 47 Fransa vətəndaşından ibarət birinci qrupun tərkibində olublar.

Qeyd olunur ki, 2026-cı ilin əvvəlindən Suriyadan İraqa 60-a yaxın ölkənin İŞİD-ə mənsub olmaqda şübhəli bilinən 5700-dən çox vətəndaşı köçürülüb. İraq Ali Məhkəmə Şurasının məlumatına görə, onların ilkin istintaqı başa çatdırılıb və işlərin növbəti məhkəmə mərhələsinə keçirilməsinə başlanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: