Rusiya ABŞ və dünya bazarlarına tədarüklə bağlı razılaşmalar çərçivəsində oktyabrın 28-də dizel yanacağı daşıyan dördüncü tankeri yola salmağı planlaşdırır.
NUHÇIXAN xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak Moskvada keçirilən Qaz İxrac Edən Ölkələr Forumunun 8-ci sammiti çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rusiya limanlarından dizel yanacağı ilə yüklənmiş üç tanker artıq yola düşüb. Dördüncü gəminin oktyabrın 28-də göndərilməsi nəzərdə tutulur.
Oktyabrın 9-da RF və ABŞ liderləri Rusiyanın dizel yanacağının dünya və Amerika bazarlarına tədarükü barədə razılığa gəliblər. ABŞ Maliyyə Nazirliyi ixrac əməliyyatlarının həyata keçirilməsinə icazə verən müvafiq lisenziya verib.
Rusiya oktyabr ayı ərzində ABŞ və dünya bazarlarına 300 min tondan çox dizel yanacağı tədarük etməyi planlaşdırır. Yanacaqla yüklənmiş ilk tankerlər oktyabrın 24-də yola salınıb.
