Ərdoğan Makronu COP31 Liderlər Sammitinə dəvət edib

A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Türkiyə-Fransa ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan BMT-nin yeni baş katibinin təşkilatı yenidən çoxtərəfliliyin mərkəzinə çevirə bilməsi, zəruri islahatları səmərəli şəkildə həyata keçirməsi üçün lazımi baxış və təcrübəyə malik olmasının vacibliyini vurğulayıb.

Türkiyə Prezidenti, həmçinin Emmanuel Makronu Türkiyədə keçiriləcək COP31 Liderlər Sammitinə dəvət edib.

Fransa Prezidenti isə telefon danışığı zamanı Ərdoğanı Türkiyənin Respublika Günü münasibətilə təbrik edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: