ABŞ hərbçiləri Sakit okeanın şərq hissəsində narkotiklərin daşınması üçün istifadə edilən gəmiyə zərbə endirib, nəticədə 5 nəfər ölüb.
NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.
"Qərb yarımkürəsində Birgə Əməliyyat Qrupu Sakit okeanın şərq hissəsində narkotiklərin qanunsuz dövriyyəsi üçün adətən istifadə olunan marşrutla hərəkət edən sürətli qayığa ölümcül silahlarla zərbə endirib", - deyə qeyd edilib.
Vurğulanıb ki, kəşfiyyat məlumatları gəminin narkotiklərin qanunsuz daşınmasında birbaşa istifadə edildiyini təsdiqləyib.
Əməliyyat nəticəsində ABŞ hərbçilərinin "narkoterrorçu" adlandırdığı 5 nəfər öldürülüb.
