Moskva sülh sazişi üzrə sənədlər razılaşdırıldıqdan sonra Putinlə Zelenskinin görüşünü keçirməyi təklif edir

A- A A+

Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında üzbəüz görüşün keçirilməsi danışıqlar prosesi başa çatdıqdan və tərəflər münaqişənin uzunmüddətli həlli ilə bağlı sənədləri hazırladıqdan sonra daha məqsədəuyğun olardı.

NUHÇIXAN xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov “Vesti” informasiya xidmətinə müsahibəsində Putinlə Norveçin Baş naziri Yonas Qar Störe və Finlandiya Prezidenti Aleksandr Stubb arasında telefon danışıqlarının nəticələrini şərh edərkən bildirib.

Uşakovun sözlərinə görə, sülh yolu ilə nizamlanmanın əsas müddəaları razılaşdırıldıqdan sonra iki ölkə lideri görüşə bilər. Həmin görüşdə danışıqlar aparan nümayəndələr isə hazırlanmış sənədləri imzalanmaq üçün təqdim edərdilər.

Rusiya liderinin köməkçisi, həmçinin bildirib ki, telefon danışığı zamanı Norveç və Finlandiya rəhbərləri Putini Zelenskinin onunla birbaşa danışıqlar aparmaqda maraqlı olduğunu çatdırıblar.

Bunun cavabında Rusiya Prezidenti Ukrayna liderini Moskvada qəbul etməyə hazır olduğunu bir daha təsdiqləyib.

“Əgər Zelenski həqiqətən birbaşa danışıqlar aparmaq istəyirsə, Moskvaya gəlsin. Burada onun üçün bütün zəruri şərait, o cümlədən təhlükəsizliyinin təmin olunması üçün lazımi imkanlar yaradılacaq”, – deyə Prezidentin köməkçisi Rusiya liderinin sözlərini çatdırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: