WSJ: ABŞ İrana qarşı mümkün hərbi əməliyyatlarla bağlı Körfəz ölkələrini xəbərdar edib

A- A A+

ABŞ hakimiyyəti noyabrın 3-də keçiriləcək aralıq Konqres seçkilərindən sonra İrana qarşı qısamüddətli və intensiv hərbi əməliyyatlar keçirə biləcəyi barədə bir neçə Körfəz ölkəsini xəbərdar edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, Pentaqon Yaxın Şərqdəki təhlükə altında ola biləcək bazalardan Amerika hərbçilərini təxliyə edib. Eyni zamanda, bölgədəki ABŞ qüvvələrinin sursat ehtiyatları artırılır, bombardmançı və qırıcı təyyarələr mümkün zərbələrə hazırlanır.

Qəzetin yazdığına görə, ABŞ Prezidenti Donald Tramp hələlik hərbi əməliyyatların bərpası ilə bağlı yekun qərar verməyib. Bununla belə, seçkilərdən sonra İranın infrastrukturu və nüvə obyektlərini hədəf alan genişmiqyaslı hücum variantı nəzərdən keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: