Suriya ilə İordaniya sərhədində yerləşən Nəsib keçid məntəqəsində sərnişin və yükdaşımaları bərpa olunub.
NUHÇIXAN xəbər verir ki, bu barədə Suriyanın Sərhəd və Gömrük Nəzarəti Baş İdarəsi məlumat yayıb.
Bildirilib ki, keçid məntəqəsi oktyabrın 28-də səhər saatlarından etibarən normal fəaliyyətə başlayıb.
Qeyd edək ki, Dəra əyalətində yaranmış vəziyyətlə əlaqədar Nəsib keçidi müvəqqəti bağlanmışdı.
Oktyabrın 27-də Suriya və İordaniyanın xarici işlər nazirləri telefon danışığı zamanı sərhəddə vəziyyətin sabitləşdirilməsi üçün koordinasiyanın bərpası barədə razılığa gəliblər.
