ABŞ-nin dövlət borcu 40,5 trilyon dolları ötüb

A- A A+

ABŞ-nin dövlət borcu rekord həddə çatıb.

NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, oktyabrın 26-na olan vəziyyətə əsasən, ölkənin dövlət borcu 40,52 trilyon dollar təşkil edib. Borc 2025-ci ilin oktyabrında 38 trilyon dolları, 2026-cı ilin avqustunda isə 40 trilyon dolları ötüb. Beləliklə, son 10 ildən az müddətdə dövlət borcu 20 trilyon dollar artıb.

Peterson Beynəlxalq İqtisadiyyat İnstitutunun hesablamalarına görə, dövlət xərcləri və vergi siyasətində islahatlar aparılmadığı təqdirdə, ABŞ-nin dövlət borcu növbəti altı ildə 50 trilyon dollara çata bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: