Üç ölkənin müdafiə nazirləri Qara dənizin təhlükəsizliyini müzakirə edəcəklər

A- A A+

Türkiyə, Bolqarıstan və Rumıniyanın müdafiə nazirləri və silahlı qüvvələrinin baş qərargah rəisləri Qara dəniz regionunda təhlükəsizlik və müdafiə məsələlərini müzakirə etmək üçün Sofiyada görüşəcəklər.

NUHÇIXAN BTA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Bolqarıstanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə Türkiyənin müdafiə naziri Yaşar Gülər, Bolqarıstanın müdafiə naziri Dimitar Stoyanov və Rumıniyanın müdafiə naziri Stefan-Radu Oprea, eləcə də üç ölkənin hərbi nümayəndə heyətləri iştirak edəcəklər.

Üçtərəfli danışıqlardan sonra müdafiə nazirlərinin mətbuata açıqlama verməsi gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: