Suriya xarici işlər naziri Əsəd Həsən əl-Şeybani və İordaniyanın xarici işlər naziri Əymən əs-Safadi birgə təhlükəsizlik komitəsinin yaradılması barədə razılığa gəliblər.
NUHÇIXAN SANA agentliyinə istinadla xəbər verir ki, razılaşma İordaniyanın Suriyanın Dəraa vilayətinə endirdiyi hava zərbələrinin təfərrüatlarının araşdırılmasını, terror təhdidlərinə qarşı sahə və kəşfiyyat koordinasiyasının gücləndirilməsini nəzərdə tutur.
Eyni zamanda, tərəflər İordaniyanın Suriyada İŞİD hədəflərinə endirdiyi zərbələrin nəticələrini də müzakirə ediblər. İordaniya tərəfi əməliyyatlar zamanı mülki şəxslərin həlak olmasına görə təəssüfünü ifadə edib. Suriya İordaniyanın zərbələrini pisləyib və ölkə ərazisinə əvvəlcədən razılaşdırılmadan müdaxilənin yolverilməz olduğunu bildirib.
