“Real Madrid” Mbappenin sözlərinə görə Çin xalqından üzr istəyib

A- A A+

İspaniyanın “Real Madrid” klubu fransalı futbolçusu Kilian Mbappenin Mao Tszedunun təsvir olunduğu memlə bağlı açıqlamalarına görə Çin xalqından üzr istəyib.

NUHÇIXAN  xəbər verir ki, Madrid təmsilçisi bununla bağlı rəsmi saytında bəyanat yayıb.

"Real Madrid" Kilian Mbappenin son açıqlamaları ilə yaratdığı narahatlığa görə Çin xalqından üzr istəyir. Klubumuz Çinə, onun tarixinə, mədəniyyətinə və vətəndaşlarına, eləcə də "Real Madrid"ə güclü bağlılıq və heyranlıq duyan milyonlarla çinli azarkeşə dərin hörmət bəsləyir.

Klub Mbappenin ictimaiyyət qarşısında işlətdiyi sözlərə görə peşmanlığını ifadə edərək Çin xalqına hörmətini bir daha vurğuladığı üzrxahlığına qoşulur. "Real Madrid" mədəniyyətlər arasında hörmət, birgə yaşayış və qarşılıqlı anlaşma dəyərlərinə sadiqliyini bir daha təsdiqləyir, həmçinin Çin və onun vətəndaşları ilə mövcud olan dostluq və səmimiyyət bağlarını daha da möhkəmləndirmək arzusunu ifadə edir", – deyə bəyanatda bildirilib.

Qeyd edək ki, Kilian Mbappe müsahibələrinin birində üzünün Çinin keçmiş lideri Mao Tszedunun fotosuna yerləşdirildiyi memdən danışıb. Mbappe şəkildəki şəxsi “Çin diktatoru” adlandırsa da, onun adını çəkməyib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: