İspaniyada qatarların toqquşması nəticəsində ən azı 39 nəfər həlak olub.
NUHÇIXAN xəbər verir ki, bu barədə Mülki Qvardiyanın məlumatlarına istinadən "Antenne3" telekanalı məlumat yayıb.
Bununla yanaşı, bildirilib ki, ən azı dörd vaqon aşıb.
13:19
Toledoda (İspaniya) Urda stansiyası yaxınlığında iki qatar toqquşub, ən azı 10 nəfər ölüb.
NUHÇIXAN EFE agentliyinə istinadən xəbər verir ki, bu barədə Kastiliya-La-Mança hökumətinin mətbuat katibi Ester Padilya bildirib.
Qatarlardan biri "Renfe", digəri isə "Iryo" şirkətinə məxsus olub. "Renfe" şirkəti hazırda Madrid, Syudad-Real və Andalusiya arasında qatarların hərəkətinin dayandırıldığını bildirib.
Bildirilib ki, xəsarət alanların sayı çoxdur.
Qeyd edilib ki, vaqonlardan ikisi relsdən çıxıb.
