Pakistanda hərbi əməliyyatlar zamanı 9 yaraqlı öldürülüb

A- A A+

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində keçirilən iki ayrı hərbi əməliyyat nəticəsində 9 yaraqlı öldürülüb.

NUHÇIXAN  xəbər verir ki, bu barədə Pakistan ordusunun Xidmətlərarası İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb. Bildirilib ki, əməliyyatlar Kaçhi və Vadh rayonlarında keçirilib. Əməliyyatlar zamanı silah və sursat da aşkarlanıb.

Ordunun məlumatına görə, bölgələrdə digər yaraqlıların aşkar edilməsi və zərərsizləşdirilməsi məqsədilə tədbirlər davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: