İspaniya Kubokunun 24 oyunu qatar qəzasına görə təxirə salınıb

A- A A+

İspaniya Kral Futbol Federasiyası (RFEF) Toledoda baş verən dəmir yolu qəzasına görə ölkə kubokunun I təsnifat mərhələsində keçirilməli olan 24 oyunun hamısını təxirə salıb.

NUHÇIXAN  xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, təxirə salınan qarşılaşmaların yeni tarixləri və başlama saatları ilə bağlı məlumat yaxın günlərdə veriləcək.

Bəyanatda İspaniya futbol ictimaiyyətinin faciə ilə əlaqədar dərin hüzn içində olduğu və federasiyanın zərərçəkənlərə yardım göstərilməsi üçün aidiyyəti qurumlarla əməkdaşlığa hazır olduğu qeyd edilib.

Qeyd edək ki, Toledoda iki sürət qatarının toqquşması nəticəsində azı 50 nəfər həlak olub, 179-dan çox insan xəsarət alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: