Çexiya kronunun Konstitusiyada təsbit edilməsi avroya keçidi çətinləşdirə bilər

A- A A+

Çexiya hökuməti milli valyuta olan kronun ölkə Konstitusiyasında təsbit edilməsini dəstəkləyib.

NUHÇIXAN xəbər verir ki, təşəbbüs hakim koalisiyaya daxil olan “Motoristlər” və SPD partiyaları tərəfindən irəli sürülüb. Təklifə əsasən, kronun Çexiyanın rəsmi valyutası kimi Konstitusiyada təsbit edilməsi gələcəkdə avroya keçid prosesini çətinləşdirə bilər.

Xarici işlər naziri Petr Matsinka bildirib ki, avronun qəbul edilməsi kimi mühüm qərar cəmiyyətin geniş dəstəyinə əsaslanmalıdır. Maliyyə naziri Alena Şillerova isə təşəbbüsü ölkənin milli valyutaya üstünlük verdiyini göstərən siyasi addım kimi qiymətləndirib.

Dəyişikliyin qəbul edilməsi üçün Deputatlar Palatasında 200 deputatdan ən azı 120-sinin, həmçinin Senatda iştirak edən senatorların 60 faizinin dəstəyi tələb olunacaq.

Çexiya Avropa İttifaqına üzvlük çərçivəsində avroya keçmək öhdəliyi götürüb, lakin bunun üçün konkret tarix müəyyən edilməyib. Təklifin müəllifləri bildirirlər ki, Konstitusiya dəyişikliyi avronun qəbulunu tamamilə qadağan etməyəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: