Putin: Türkiyəli investorlar "Akkuyu" AES layihəsində "Rosatom"un payının bir hissəsini almağa hazırdır

A- A A+

Türkiyəli investorlar bu ölkədəki "Akkuyu" atom elektrik stansiyası (AES) layihəsində "Rosatom"un payının bir hissəsini satın almağa hazırdırlar.

NUHÇIXAN  "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin "Rusiya-Afrika" sammiti çərçivəsində sərgini ziyarət edərkən bildirib.

"Orada maliyyələşmə tamamilə bizə məxsusdur, bütün 25 milyard dollar. Bu, 100 % Rusiya sərmayəsidir. İndi Türkiyə daxilində də bu prosesin iştirakçısı olmaq istəyən və paketin bir hissəsini satın almağa hazır olan şirkətlər tapılıb. Biz bunu ancaq alqışlayırıq", - o bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: