Ərdoğan Ankarada Tokayevlə görüşüb

A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə görüşüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, liderlər Türkiyə-Qazaxıstan ikitərəfli əlaqələrini, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.

Ərdoğan görüşdə Türkiyə ilə Qazaxıstanın ticarət, investisiya, enerji, nəqliyyat və müdafiə sənayesi başda olmaqla, əməkdaşlığı bütün sahələrdə inkişaf etdirəcək addımlar atılacağını bildirib.

O, Tokayevi Antalyada keçiriləcək COP31 Liderlər Sammitinə də dəvət edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: