Ərdoğanla Tramp arasında telefon danışığı olub, qlobal proseslər müzakirə edilib

A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı baş tutub.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Liderlər Türkiyə-ABŞ ikitərəfli əlaqələri, regional və qlobal prosesləri müzakirə ediblər.

Ərdoğan Türkiyə-ABŞ əlaqələrinin inkişafı üçün hər sahədə əməkdaşlığa təkan veriləcəyini bildirib.

Telefon danışığında Məkkə sazişi çərçivəsində Hörmüz boğazı və Yəməndəki proseslərin yaxından izləndiyi, problemin diplomatiya zəminində həll edilməsi üçün səy göstərildiyi ifadə edilib.

Həmçinin Türkiyənin Ukrayna-Rusiya arasında diplomatik prosesin canlandırılması və müharibənin bu yolla sona çatdırılması üçün görülən işlərə dəstək verməyə hazır olduğu vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: