Almaniyadan 40 nəfər Əfqanıstan vətəndaşı deportasiya edilib

A- A A+

Almaniya cinayət törətmiş 40 nəfər Əfqanıstan vətəndaşını vətənlərinə deportasiya edib.

NUHÇIXAN xəbər verir ki, deportasiya edilən şəxslər adamöldürmə, zorlama, uşaqlara qarşı cinsi zorakılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi də daxil olmaqla müxtəlif cinayətlər törədiblər. Onlar çarter reysi ilə Leypsiq-Halle hava limanından Kabilə göndərilib.

Bununla da Kansler Fridrix Mertsin rəhbərlik etdiyi hökumətin fəaliyyəti dövründə Almaniyadan ümumilikdə 303 Əfqanıstan vətəndaşı deportasiya olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: