NASA astronavtları yeni nəsil Günəş panelləri quraşdırmaq üçün kosmosa çıxacaqlar

A- A A+

NASA Beynəlxalq Kosmik Stansiyanın (BKS) enerji təchizatı sisteminin modernləşdirilməsi işlərini həyata keçirmək üçün iki astronavtın oktyabrın 29-da açıq kosmosa çıxışını təsdiqləyib.

NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) məlumat yayıb.

Bildirilib ki, NASA astronavtı Anil Menon və Kanada Kosmik Agentliyinin (CSA) astronavtı Coşua Kutrik stansiyanın konstruksiyasının sol tərəfində yeni nəsil IROSA Günəş panelini quraşdıracaqlar.

Açıq kosmosa çıxış Amerika seqmentində yerləşən “Quest” hava keçid modulundan ABŞ-nin şərq sahili vaxtı ilə saat 08:00-da (Bakı vaxtı ilə saat 16:00-da) başlayacaq və təxminən 6 saat 45 dəqiqə davam edəcək.

Astronavtların noyabrın 5-də stansiyanın konstruksiyasının sağ tərəfində ikinci Günəş panelini quraşdırmaq üçün daha bir dəfə açıq kosmosa çıxması planlaşdırılır.

Hər iki Günəş panelinin quraşdırılması BKS-nin enerji təchizatı sisteminin modernləşdirilməsini başa çatdıracaq.

IROSA Günəş panelləri oktyabrın 15-də BKS-ə birləşən “Cargo Dragon” kosmik yük gəmisi ilə stansiyaya çatdırılıb.

Hazırda orbitdəki laboratoriyada yeddi nəfər fəaliyyətini davam etdirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: