Şri-Lankada Afrika donuz taunu yenidən yayılıb, fermerlərə xəbərdarlıq edilib

A- A A+

Şri-Lankada altı rayonda təxminən 200 donuzda Afrika donuz taunu virusu aşkarlanıb. Hakimiyyət fermerləri biotəhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıb.

NUHÇIXAN  Sinxuaya istinadla xəbər verir ki, bu barədə Heyvanların İstehsalı və Sağlamlığı Departamenti məlumat yayıb. Bildirilib ki, 48 donuz fermasında aparılan yoxlamalar zamanı təxminən 1200 donuz müayinə edilib.

Rəsmilər virusun yayılmasının qarşısını almaq üçün təsərrüfatlarda gigiyena qaydalarına əməl edilməsinin və heyvan tullantılarının təhlükəsiz şəkildə utilizasiyasının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, Afrika donuz taunu insanlara keçmir və donuz əti istehlakı insan sağlamlığı üçün təhlükə yaratmır.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: