Rusiya ordusunun Dneprdə elektrik qatarına hücumu nəticəsində 13 nəfər ölüb - FOTOLAR
Oktyabrın 29-da Rusiya ordusu Dneprdə sərnişin qatarına hücum edib. Son məlumatlara görə, 13 nəfər həlak olub.
NUHÇIXAN xəbər verir ki, şəhər meri Boris Filatov bu barədə “Telegram” kanalında bildirib. O yazıb: “Dneprdə faciə baş verib. Pilotsuz uçuş aparatı sərnişin qatarına dəyib. Çoxlu sayda insan ölüb. Çoxlu sayda yaralı var”.
Bundan əlavə, beş mülki şəxsin yaralandığı bildirilir.
Filatov qeyd edib: "Rusiyanın Dneprə hücumu nəticəsində 13 nəfər ölüb. Azı beş nəfər yaralanıb. Tibb işçiləri bütün lazımi yardımı göstərirlər”.
“Ukrzaliznitsa” agentliyinin məlumatına görə, ruslar Dnepr dəmir yolu stansiyasına reaktiv pilotsuz uçuş aparatı ilə zərbə endiriblər.
“Zərbə 866 nömrəli Dnepr-Zaporojye qatarının yerləşdiyi platformalardan birinə dəyib. Yüksəksəviyyəli həyəcan siqnalına baxmayaraq, platformada insanlar var idi. Ölən və yaralananlar var”, - deyə açıqlamada bildirilir.