Əs-Sisi: “Əl-Dabaa” AES Misirin elektrik enerjisinə tələbatının ödənilməsində mühüm rol oynayacaq

A- A A+

Misir Prezidenti Əbdülfəttah əs-Sisi “əl-Dabaa” atom elektrik stansiyasının (AES) ölkənin elektrik enerjisinə və enerji resurslarına olan tələbatının ödənilməsində mühüm əhəmiyyət daşıdığını bildirib.

NUHÇIXAN  “əş-Şarq əl-Avsət” agentliyinə istinadla xəbər verir ki, əs-Sisi bu barədə oktyabrın 29-da Moskvada Rusiya Dövlət Atom Enerjisi Korporasiyasının (“Rosatom”) baş direktoru Aleksey Lixaçovla görüşündə danışıb. Görüş Misir Prezidentinin Rusiya-Afrika sammitinin üçüncü toplantısında iştirakı çərçivəsində keçirilib.

Misir Prezidentinin sözçüsü Məhəmməd əş-Şənavi bildirib ki, görüşdə əs-Sisi layihənin müəyyən edilmiş qrafikə uyğun həyata keçirilməsi üçün tərəflər arasında koordinasiyanın vacibliyini vurğulayıb, həmçinin tikintinin müxtəlif mərhələlərində əldə olunan nəzərəçarpan irəliləyişi yüksək qiymətləndirib.

A.Lixaçov “Rosatom”un layihəni yüksək səviyyədə başa çatdırmaq üçün bütün səylərini göstərəcəyini vurğulayıb və tikinti işlərinin hazırkı vəziyyəti, eləcə də indiyədək görülən işlər barədə məlumat verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: