Rusiya Avropa ilə müharibə istəmir, lakin hadisələrin bu istiqamətdə inkişafına hazırdır

A- A A+

Rusiya Avropa ilə hərbi münaqişədə maraqlı deyil, lakin hadisələrin bu istiqamətdə inkişaf edəcəyi təqdirdə müharibəyə hazırdır.

NUHÇIXAN xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya–Afrika sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında Avropa siyasətçilərinin 2030-cu ilə qədər Rusiya ilə mümkün hərbi qarşıdurmaya hazırlaşmağın zəruriliyi barədə bəyanatlarını şərh edərkən bildirib.

“Biz, ilk növbədə, hazırıq, lakin Avropa ilə heç bir müharibə istəmirik. Əgər onlar bunu istəyirlərsə, qoy hazırlaşsınlar”, – deyə Rusiya lideri vurğulayıb.

Putinin sözlərinə görə, Avropa ölkələri indiyədək Rusiyanı strateji baxımdan məğlub edə bilməyibsə, 2030-cu ildə də edə bilməyəcəklər.

Rusiya Prezidenti qarşıdurmanın daha da kəskinləşməsinin mümkün nəticələri barədə xəbərdarlıq edib.

“Əgər vəziyyət bu həddə çatarsa, onda ümumiyyətlə, qalib olmayacaq”, – deyə Rusiya Prezidenti vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: