Maçado: ABŞ Venesuelada seçkilərin 2027-ci ildə keçirilməsini təklif edib

A- A A+

ABŞ Venesuelada seçkilərin 2027-ci ildə keçirilməsi təklifi ilə çıxış edib.

NUHÇIXAN EFE-yə istinadən xəbər verir ki, bu barədə Venesuela müxalifətinin lideri Mariya Korina Maçado Bolivar Respublikasına qayıtdıqdan sonra keçirdiyi ilk mətbuat konfransında bildirib.

O qeyd edib ki, ölkənin bütün vətəndaşlarının növbəti seçkilərdə səs verə bilməsi üçün çalışacaq.

"Venesuelada olmağım hakimiyyətin ötürülməsi prosesində irəliləyiş olduğunu göstərir", - o deyib.

Maçado 2026-cı ilin yanvarında ABŞ hərbçilərinin keçirdiyi əməliyyatı da müsbət qiymətləndirib. Əməliyyat zamanı ABŞ Silahlı Qüvvələri Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşını ölkədən çıxarıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: