"Binance" kriptovalyuta birjası ehtimal edilən haker hücumundan sonra 2,5 milyard dollardan çox aktivi dondurub.
NUHÇIXAN-ın xəbərinə görə, ticarət platformasının rəhbərliyi bu barədə "X" sosial şəbəkəsində məlumat yayıb.
"Hazırda dondurulmuş vəsaitlərin təsdiqlənmiş məbləği 2,54 milyard dollardır. Mütəxəssislərimiz hüquq-mühafizə orqanları, emitentlər, analitik blokçeyn şirkətləri və sənaye tərəfdaşları ilə birlikdə əlavə aktivləri izləməyə və dondurmağa davam etdiklərindən bu məbləğ arta bilər", - məlumatda deyilir.
"Binance" yalnız təsdiqlənmiş məlumatları dərc edəcəyini və təsdiqlənəcəyi təqdirdə yeni informasiyalar təqdim edəcəyini vurğulayıb.
Bundan əlavə, birja təhlükəsizlik tədbiri olaraq "Alpha" platformasında ticarəti müvəqqəti dayandırıb.
