Qətər vasitəçiləri ABŞ-İran razılaşmasını müzakirə etmək üçün Tehrandadırlar

A- A A+

Qətər vasitəçiləri ABŞ ilə İran arasında razılığa gəlmək səylərinin bir hissəsi olaraq cümə günü Tehrana səfərə ediblər.

NUHÇIXAN  xəbər verir ki, bu barədə danışıqlarda iştirak edən Qətər rəsmisi “Reuters” agentliyinə bildirib. O qeyd edib ki, vasitəçilik danışıqları ABŞ ilə razılaşdırılıb.

Danışıqlar barədə məlumat verən Qətər rəsmisinin sözlərinə görə, Doha bazar günü İrana sülh planının layihəsini təqdim edib. Lakin İranın yüksəkvəzifəli rəsmisi təklifləri qəbuledilməz hesab edərək Tehranın nüvə mövqeyini qoruyub saxlayacağını bildirib.

Vaşinqton danışıqların əvvəlindən nüvə məsələlərinin daxil edilməsini istəyir. Tehran isə ABŞ-dən əvvəlcə liman blokadasına son qoymağı və neft ixracı sanksiyalarını ləğv etməyi tələb edir.

İranın xarici işlər naziri Abbas Əraqçi çərşənbə günü bildirmişdi ki, Tehran Yaxın Şərqdə müharibəyə son qoymağı hədəfləyən yeddigünlük təklifinin həyata keçirilməsini təmin edə biləcək ideyaları nəzərdən keçirmək üçün vasitəçilərlə sıx əlaqə saxlayır.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: