Qazaxıstanda Kurık limanının Avropa ilə Asiyanın nəqliyyat əlaqələrinin inkişafında rolu müzakirə edilib

A- A A+

Avropa Parlamentinin nümayəndə heyəti Qazaxıstanın Manqistau bölgəsindəki Kurık Limanına baş çəkib və burada onun infrastruktur, logistika potensialı ilə tanış olub.

NUHÇIXAN  “Qazaxıstan Dəmir Yolu” SC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, nümayəndə heyətini “Kurık limanı” MMC-nin əməliyyatlar üzrə direktor müavini Bakıtkerey Alibekov qarşılayıb. O, qonaqlara limanın istehsal imkanlarını və infrastrukturunu təqdim edib.

Görüş zamanı Kurık limanının Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafındakı roluna, eləcə də beynəlxalq nəqliyyat və logistika əməkdaşlığının gücləndirilməsi perspektivlərinə xüsusi diqqət yetirilib.

Səfər limanın potensialını və Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin inkişafı üçün əhəmiyyətini nümayiş etdirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: