Böyük Britaniyada iri müdafiə müqavilələri qazanan xarici şirkətlərdən müqavilənin dəyərinə bərabər məbləğdə ölkə iqtisadiyyatına investisiya yatırmaq tələb olunacaq.
NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq açıqlama verib. Yeni qaydalara əsasən, dəyəri 50 milyon funt sterlinqdən çox olan müdafiə müqavilələri əldə edən xarici şirkətlər eyni məbləğdə vəsaiti Böyük Britaniyada istehsal müəssisələrinin inkişafına, yeni iş yerlərinin yaradılmasına və kadr hazırlığına yönəltməli olacaqlar.
Nazir bildirib ki, təşəbbüsün əsas məqsədi müdafiə xərclərindən ölkə iqtisadiyyatının daha çox faydalanmasını təmin etməkdir. Hökumətin “kompensasiya strategiyası” adlandırdığı yeni mexanizmin Britaniyanın müdafiə sənayesinə investisiyaları artıracağı gözlənilir.
Müdafiə Nazirliyinin məlumatına görə, yeni tələblər 2027-ci ilin aprelindən etibarən hər bir müqavilə üzrə fərdi qaydada tətbiq ediləcək.
