Hindistanda helikopter qəzası nəticəsində 6 nəfər həlak olub

A- A A+

Hindistanın şimalındakı Uttarakhand ştatının Çamoli rayonunda altı nəfərin olduğu helikopter qəzaya uğrayıb.

NUHÇIXAN NDTV telekanalına istinadla xəbər verir ki, göyərtəsində bir pilot və beş sərnişinin olduğu “Trans Bharat Aviation” şirkətinə məxsus helikopter Badrinath şəhərindən Dehraduna uçarkən radarlardan itib və sonradan qəzaya uğradığı təsdiqlənib.

Hadisə yerinə yerli hakimiyyət orqanlarının əməkdaşları, Dövlət Fəlakətlərə Müdaxilə Qüvvələri və hərbçilər cəlb olunublar. Axtarış-xilasetmə əməliyyatı aparılır.

İlkin məlumatlara görə, qəzaya səbəb hava şəraitinin əlverişsiz olması ehtimal edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: