BBC-nin illik lisenziya haqqı artırıla bilər

A- A A+

Böyük Britaniyada BBC-nin televiziya lisenziyası üçün illik ödənişin növbəti beş il ərzində 200 funt sterlinqdən çox olacağı gözlənilir.

NUHÇIXAN  “The Independent” qəzetinə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Büdcə Məsuliyyəti İdarəsinin təhlilində bildirilir.

Proqnozlara əsasən, 2031-2032-ci maliyyə ilinədək BBC-nin lisenziya haqqını ödəyənlərin sayı 2,7 milyon nəfər azalacaq. Bunun fonunda hazırda 180 funt sterlinq təşkil edən illik ödənişin 202 funt sterlinqə yüksələcəyi gözlənilir. Eyni zamanda, Böyük Britaniya hökuməti lisenziya haqqının tətbiq dairəsini genişləndirmək imkanlarını nəzərdən keçirir. Bildirilir ki, hökumət “YouTube vergisi” adlandırılan yeni qaydaların tətbiqini müzakirə edir.

Təklifə əsasən, BBC-nin lisenziya haqqının yalnız ənənəvi televiziya yayımına deyil, həm də “YouTube”, “Netflix”, “Amazon Prime”, “Apple TV” və “Disney+” kimi onlayn yayım platformalarından istifadəyə şamil edilməsi nəzərdə tutulur. Bu dəyişiklik həyata keçirilərsə, hazırda lisenziya haqqı ödəməyən dörd milyona qədər ev təsərrüfatı da illik ödəniş edə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: