BƏƏ sahillərində "Gem No. 2" tankerindən neft sızması dayandırılıb, yeni neft sızması halları aşkar edilməyib, zərər çəkmiş sahilboyu ərazilərin təmizlənməsi davam edir.
NUHÇIXAN xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti BƏƏ-nin Ətraf Mühit Nazirliyinə istinadən məlumat yayıb.
Qurumun məlumatına görə, neft ləkəsi şimal əmirliyi olan Ümmül-Qüveyn yaxınlığında yaranıb və qismən qonşu şimal əmirlikləri olan Ras-əl-Xaymə, Əcman və Şarcanın sahilboyu əraziləri istiqamətində yayılır.
Nazirlik qeyd edib ki, dənizdə neft çirklənməsinin konsentrasiyası nəzərəçarpacaq dərəcədə azalıb.
Ehtiyat tədbiri olaraq hakimiyyət orqanları bəzi çimərlikləri və sahil zonalarını müvəqqəti bağlayıb. Lakin bu ölkənin Ətraf Mühit Nazirliyindən vurğulanıb ki, bu qərar heç də həmin sahələrin hər birində çirklənmə aşkar edildiyi demək deyil.
Hakimiyyət orqanları neft sızmasının səbəbini açıqlamayıb. Bununla yanaşı, "Reuters"in gəmiçilik sektorundakı mənbələri sızmaya oktyabrın 9-da gəmiyə düşən və yanğına səbəb olan mərminin səbəb ola biləcəyini bildiriblər. Yanğın sonradan söndürülüb.
