ABŞ Maliyyə Nazirliyi NIS şirkətinin fəaliyyət lisenziyasının müddətini uzadıb

A- A A+

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) sanksiyalara məruz qalmış NIS ("Serbiya Neft Sənayesi") şirkəti üçün əməliyyat lisenziyasının qüvvədə olma müddətini dekabrın 11-dək uzadıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə respublikanın radio və televiziyası məlumat yayıb.

NIS oktyabrın 24-də cari əməliyyat lisenziyasının müddətinin uzadılması üçün OFAC-a sorğu göndərmişdi. Onun qüvvədə olma müddəti oktyabrın 30-da başa çatırdı.

NIS sahibləri ABŞ sanksiyalarına məruz qaldıqları üçün öz aktivlərini satmaq məcburiyyətindədirlər. 2025-ci ilin yanvarında ABŞ Maliyyə Nazirliyi Serbiya şirkətini onun majoritar səhmdarı olan "Qazprom neft" ilə birlikdə sanksiya siyahısına daxil edib. Bir neçə təxirəsalmadan sonra məhdudiyyətlər həmin il oktyabrın 9-da qüvvəyə minib.

Serbiyanın Energetika Nazirliyi 2025-ci il noyabrın 11-də məlumat verib ki, NIS-in rusiyalı sahibləri şirkət üzərində nəzarəti üçüncü tərəfə ötürməyə hazır olduqları barədə ABŞ-ni məlumatlandırıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: