“Axios”: Trampın İrana qarşı hərbi əməliyyatları bərpa etməsinə seçkilərin nəticələri təsir göstərə bilər

A- A A+

ABŞ Prezidenti Donald Trampın İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etmək qərarına Respublikaçılar Partiyasının aralıq konqres seçkilərində mümkün məğlubiyyəti təsir göstərə bilər.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Axios” portalı ABŞ administrasiyasındakı mənbəyə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, respublikaçılar seçkilərdə məğlub olarsa, Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların başlanması barədə göstəriş verməyə daha meyilli ola bilər. Bununla belə, Ağ Evin nümayəndəsi seçkilərin nəticələrinin prezidentin İranla bağlı qərarlarına təsir göstərmədiyini bildirib.

Portalın məlumatına görə, ABŞ administrasiyasında məsələyə dair fikir ayrılıqları mövcuddur. Dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset hərbi əməliyyatların bərpasını dəstəklədiyi halda, Vitse-prezident Cey. Di. Vens və ABŞ-nin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Tehranla danışıqların davam etdirilməsinin tərəfdarıdırlar.

“Axios”, həmçinin Qətərin vasitəçiliyi ilə ABŞ və İran arasında birbaşa danışıqların bərpasına yönəlmiş təmasların davam etdiyini bildirib. Portalın məlumatına görə, növbəti görüşlərlə bağlı müzakirələrin oktyabrın 31-də Dohada aparılması nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: