ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Venesuela neftindən əldə etdiyi gəlirin İrana qarşı hərbi əməliyyatlara çəkilən xərclərdən 10 dəfə çox olduğunu iddia edib.
NUHÇIXAN xəbər verir ki, Tramp bu barədə Florida ştatında tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
ABŞ Prezidenti İrana qarşı müharibəyə 25 milyard dollar xərcləndiyini deyən demokrat siyasətçiləri tənqid edərək, Venesuela neftindən əldə olunan gəlirlərin də nəzərə alınmalı olduğunu vurğulayıb.
Qeyd edək ki, “The Hill” qəzeti ABŞ Mərkəzi Komandanlığının hesablamalarına istinadən İrana qarşı hərbi əməliyyatların dəyərinin 47 milyard dollara çatdığını yazıb.
Xatırladaq ki, Tramp avqustun 28-də ABŞ ilə Venesuela arasında ölkənin neft ehtiyatları ilə bağlı razılaşma əldə olunduğunu açıqlamışdı.
