“Binance” oğurlanmış aktivlərin 90 faizini kompensasiya edib

A- A A+

Kriptovalyuta birjası “Binance” kiberhücum nəticəsində oğurlanmış aktivlər üzrə itkilərin 90 faizini kompensasiya edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə platformanın yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, hazırda “Bitkoin” (BTC), “Ethereum” (ETH), “Tether” (USDT), BNB, “Solana” (SOL), USD Coin (USDC), XRP, USD1, RLUSD və ZEC aktivləri 100 faiz təmin olunub.

“Hazırda itkilərin qarşılanma göstəricisi 90 faizə çatıb. Sadalanan aktivlər isə tam həcmdə, yəni 100 faiz təmin edilib”, - deyə şirkətin məlumatında vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: