Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Moskvada terror aktının hazırlanması barədə ABŞ tərəfindən məlumat alıb.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə FTX-nin mətbuat xidmətindən bildirilib.
"Tərəfdaş kanalları vasitəsilə Amerika tərəfindən Moskvada terror aktının hazırlanması barədə məlumat alınıb. Müvafiq iş aparılır", - qurumdan bildirilib.
Digər təfərrüatlar paylaşılmayıb.
