Fransada etiraz aksiyalarında yenidən qarşıdurmalar baş verib, nümayişçilərin sayı ilə bağlı isə fərqli rəqəmlər göstərilir

A- A A+

Oktyabrın 31-də Fransada keçirilən etiraz aksiyalarında iştirakçıların sayı ilə bağlı həmkarlar ittifaqları və Daxili İşlər Nazirliyi fərqli rəqəmlər açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, gənclər təşkilatlarını və həmkarlar ittifaqlarını birləşdirən qurumun məlumatına görə, ölkə üzrə nümayişlərə təxminən 500 min nəfər qatılıb. Onlardan 200 mini Parisdə küçələrə çıxıb.

Daxili İşlər Nazirliyi isə ölkə üzrə 320, paytaxtda 70 min nəfərin nümayişlərə qatıldığını bildirib.

Parisdə nümayişin əsas hissəsi sakit keçsə də, yürüşün sonunda qarşıdurmalar baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, 200-300 nəfərlik qrupla polis arasında toqquşmalar zamanı partlayıcı qurğu polis əməkdaşlarından birinə dəyib.

Qeyd edək ki, rəsmi məlumatlara əsasən, oktyabrın 24-də Fransada keçirilən etiraz aksiyalarına 410, o cümlədən Parisdə 110 min nəfər qatılıb. Həmkarlar ittifaqları isə həmin gün iştirakçıların sayının 800 min nəfər olduğunu açıqlayıb.

Fransa Tələbələrinin Milli İttifaqı etiraz aksiyalarının davam etdiriləcəyini bildirib. Təşkilat noyabrın 2-də universitetlərdə təşkilatlanmağa, həmin ayın 3-də isə ölkə üzrə universitet və liseylərin blokadaya alınmasına çağırıb. Lisey şagirdləri və tələbə birlikləri də qarşıdakı günlərdə təhsil müəssisələrində etiraz aksiyalarının keçirilməsini gündəmə gətirib.

“Sarı jiletlilər” hərəkatı noyabrın 6-da və 7-də etirazların davam etdirilməsinə çağırıb. Bundan əvvəl, noyabrın 5-də həmkarlar ittifaqlarının nümayişlər keçirməsi planlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: