OPEC+ formatının 7 ölkəsinin nümayəndələri – Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman noyabrın 1-də videokonfrans formatında görüş keçiriblər.
NUHÇIXAN OPEC-ə istinadla xəbər verir ki, 2023-cü ilin aprel və noyabr aylarında əlavə könüllü hasilat tənzimləmələri barədə qərar qəbul etmiş OPEC+ ölkələri bazarda sabitliyin qorunmasına sadiqliklərini bir daha təsdiqləyiblər.
Görüşdə qlobal neft bazarındakı vəziyyət və onun inkişaf perspektivləri müzakirə olunub. İştirakçı ölkələr 2026-cı ilin sentyabr ayı üçün müəyyən edilmiş hasilat səviyyəsinin dekabr ayında da saxlanılması barədə qərar qəbul ediblər. Hasilat göstəriciləri aşağıdakı cədvəldə əks olunub.
