İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Kəşfiyyat İdarəsi Mərkəzi ostanında pilotsuz uçuş aparatlarının (PUA) və raketlərin komponentlərinin istehsal mərkəzləri barədə məlumatları qarşı tərəfə ötürən casusu saxlayıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.
Saxlanılan şəxsin kimliyi və ötürdüyü məlumatların xarakteri barədə əlavə təfərrüat açıqlanmayıb.
