Sloveniyalı basketbolçu Luka Donçiç NBA tarixində nadir statistik göstəriciyə imza atıb.
NUHÇIXAN xəbər verir ki, “Los-Anceles Leykers” klubunun 27 yaşlı oyunçusu müntəzəm çempionatın “Toronto Reptors”la matçında ən azı 45 xal, 15 ribaund, 5 məhsuldar ötürmə, 5 topalma və 5 dəqiq üçlük atışı ilə yadda qalan ilk basketbolçu olub.
Noyabrın 2-də keçirilən qarşılaşmada Donçiç 45 xal, 15 ribaund, 6 məhsuldar ötürmə və 5 topalma ilə fərqlənib. O, ilk hissədə 24 xal, 8 ribaund, 4 məhsuldar ötürmə və 5 topalma qeydə alıb. Basketbolçu həmin müddətdə 7 üçlük atışından 6-sını dəqiq yerinə yetirib.
Görüş “Los-Anceles Leykers”in 131:125 hesablı qələbəsi ilə başa çatıb. Kaliforniya təmsilçisi oyunun gedişində 26 xal fərqi ilə öndə olsa da, sonuncu periodda rəqibin hesab arasındakı fərqi azaltmasına imkan verib.
Qalib komandada Ostin Rivz 19 xal, Uoker Kessler isə 16 xal və 15 ribaundla yadda qalıb. Bu, “Leykers”in cari mövsümdə keçirdiyi 7 oyunda 5-ci qələbəsi olub.
