Oman Çinlə ticarət və investisiya sahəsində güzəştli saziş imzalamağı təklif edib

A- A A+

Oman Sultanı Heysəm bin Tariq Al Səid Çinlə ticarət və investisiya sahələrində preferensial saziş imzalamaqda maraqlı olduğunu bildirib.

NUHÇIXAN  Oman Xəbər Agentliyinə istinadla xəbər verir ki, bu fikri Oman Sultanı Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşündə irəli sürüb.

Sultan Heysəm bin Tariq Al Səid vurğulayıb ki, Oman bu sazişin ticarət və investisiya sahəsində yeni imkanlar açacağına, iki ölkə arasında iqtisadi və investisiya əlaqələrinin genişlənməsinə töhfə verəcəyinə əmindir.

O, həmçinin Omanın Çinlə ticarət dövriyyəsini artırmaq və birgə investisiya fondları vasitəsilə bərpaolunan enerji, süni intellekt, rəqəmsal texnologiyalar, kosmos və müdafiə sənayesi sahələrində layihələr həyata keçirmək niyyətində olduğunu vurğulayıb.

Heysəm bin Tariq Al Səid qeyd edib ki, Çin Omanın birinci ticarət tərəfdaşıdır. Ötən illər ərzində Çin şirkətlərinin Omandakı birbaşa investisiyalarının həcmi 33 milyard yuanı ötüb.

Xatırladaq ki, Oman Sultanının Çinə bazar günü başlanan ikigünlük səfəri ölkələr arasında1978-ci ildə diplomatik əlaqələrin qurulmasından bəri ilk səfərdir.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: