Əlbəttə, biz blokada çağırışı etmişik və məktəblər bazar ertəsi günündən etibarən bloklanacaq.
NUHÇIXAN xəbər verir ki, bu barədə bazar günü Fransanın “Les Lycéens!” yuxarı sinif şagirdləri həmkarlar ittifaqının sədri Pyer Surza bildirib. Öz növbəsində, Liseylər İttifaqı (USL) və Tələbələr Birliyi “sarı jiletlilər” hərəkatı çərçivəsində çərşənbə axşamı və çərşənbə günü yeni blokadalara çağırış edib. Bu barədə “Le Figaro” qəzeti yazıb.
Bununla yanaşı, Fransa Milli Tələbə İttifaqı (UNEF) noyabrın 2-də ölkənin bütün universitetlərində səfərbərlik çağırışı edib. İttifaq bəyan edib ki, noyabrın 3-ü “universitetlər üçün “qara gün” olmalıdır”. Təşkilat universitet fakültələrini və ölkənin bütü liseylərini fəaliyyətlərini bloklamağa çağırıb.
Universitet tələbələrinin yığıncaqlarını birləşdirən “Interfac Île-de-France” təşkilatının üzvü Koppeliya Moro bildirib: “Qəzəbimiz davam edir. Biz onun zəifləməsi əlamətlərini görmürük”.
Qrup çərşənbə axşamı günü Parisdəki Panteon və “Medef”in (Fransa Biznes Konfederasiyası) mənzil-qərargahı arasında daha bir nümayişin keçirilməsini planlaşdırır
