Hindistanda tikinti sahəsində faciə: 8 fəhlə həyatını itirib

A- A A+

Hindistanın qərbində yerləşən Racastan ştatının Çuru rayonunda yol tikintisi zamanı bədbəxt hadisə baş verib.

NUHÇIXAN-ın  "The Times of India" qəzetinə istinadla xəbər verir ki, çınqılqarışdıran maşının yüksək gərginlikli elektrik xəttinə toxunması nəticəsində 8 nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb.

Polis bildirib ki, həlak olanların hamısı yol tikintisində çalışan fəhlələrdir. Yaralılar isə xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: