Qazaxıstanda əhali artımı: ən yüksək göstərici Astanada qeyd alınıb

A- A A+

Qazaxıstanın əhalisi 2026-cı ilin əvvəlindən 133 min 707 nəfər artaraq oktyabrın 1-nə 20 milyon 633 min 529 nəfərə çatıb.

NUHÇIXAN "Kazinform"a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Milli Statistika Bürosunun məlumatında bildirilib. Əhali artımının əsas hissəsi təbii artım hesabına təmin olunub. Belə ki, ilin əvvəlindən doğulanların sayı ölənlərin sayını 128 min 303 nəfər üstələyib. Xalis miqrasiya artımı isə 5 min 404 nəfər təşkil edib.

Məlumata görə, əhali artımı əsasən şəhərlərdə qeydə alınıb. Şəhər sakinlərinin sayı 169 min 48 nəfər artaraq 13 milyon 254 minə çatıb. Kənd əhalisi isə 35 min 341 nəfər azalaraq 7 milyon 379 min nəfər olub.

Ölkənin böyük şəhərləri arasında ən yüksək artım Astanada qeydə alınıb. Paytaxtın əhalisi ilin əvvəlindən 67 min 974 nəfər artaraq 1 milyon 707 min 150 nəfərə çatıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: